SON XƏBƏRLƏR

Avropanın Ukraynaya qoşun göndərmək üçün aydın yol xəritəsi var

2025.09.01, 11:39
Avropanın Ukraynaya qoşun göndərmək üçün aydın yol xəritəsi var

Avropa ölkələri Amerikanın tam dəstəyi çərçivəsindəki münaqişədən sonrakı təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi Ukraynaya potensial qoşun yeridilməsi üçün olduqca dəqiq planlar üzərində işləyirlər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen “Financial Times”a verdiyi müsahibə zamanı deyib.

Məlumata görə, qoşunların mümkün yerləşdirilməsi üçün aydın yol xəritəsi var.

"Təhlükəsizlik zəmanətləri son dərəcə vacibdir və zəruridir. Bizim aydın yol xəritəmiz var. Ağ Evdə razılığa gəldik. Və bu iş çox yaxşı gedir", - diplomat bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar