SON XƏBƏRLƏR

İran televizyasında yenidən Azərbaycana qarşı ittihamlar səsləndirildi

2025.09.02, 09:53
İran televizyasında yenidən Azərbaycana qarşı ittihamlar səsləndirildi

İran səhədçiləri İsrail PUA-larının Azərbaycan Respublikasından İrana keçdiklərini açıqcasına görüblər.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim İbrahim Əzizi ölkənin SNN televizyasına müsahibəsində deyib.

Əzizinin sözlərinə görə, bu məsələ İran rəsmiləri ilə Azərbaycan prezidenti İlham Əliyev arasında görüş zamanı qaldırılıb və o, bununla bağlı sübut və sənəd tələb edib. Əzizi vurğuladı.

“Sübutların təqdim edilməməsi müzakirə mövzusudur, ancaq reallıq prinsipi inkar edilə bilməz”,- Əzizi bildirib.

O əlavə edib ki, İran sərhədçiləri açıq şəkildə bəyan ediblər ki, onlar İsrailin pilotsuz təyyarələrinin İran ərazisinə daxil olmaq üçün Azərbaycan sərhədindən istifadə etdiyini “öz gözləri ilə görüblər”.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian məsələni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müzakirə etdikdən sonra, İsrail pilotsuz təyyarələrinin Azərbaycan Respublikasının səmasımda İrana sızması barədə iddiaların əsassız olduğunu bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar