SON XƏBƏRLƏR

Körfəz Əməkdaşlıq Şurası: İran üç adanın işğalına son qoymalıdır

2025.09.02, 12:16
Körfəz Əməkdaşlıq Şurası: İran üç adanın işğalına son qoymalıdır

Körfəz Əməkdaşlıq Şurası İranın Birləşmiş Ərəb Əmirliklərinə aid üç adanı işağlda saxlamasını pisləyib.

Gunaz.tv

“Körfəz Əməkdaşlıq Şurasının Nazirlər Şurası İranın Birləşmiş Ərəb Əmirliklərinə aid üç adanı, Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalını davam etdirməsini pisləyir və əvvəlki qətnamələrini bir daha təkrarlayır.” - deyə bəyanatda bildirilib.

Körfəz Əməkdaşlıq Şurası bir daha Birləşmiş Ərəb Əmirliklərinin üç ada və onların ərazi suları, hava məkanı, kontinental şelf və müstəsna iqtisadi zona üzərində suveren hüququnu dəstəklədiyini və adaları Birləşmiş Ərəb Əmirliklərinin ərazisinin ayrılmaz hissəsi hesab etdidiyini qeyd edib.

Körfəz Əməkdaşlıq Şurası İranı BƏƏ-nin problemi birbaşa danışıqlar və ya Beynəlxalq Ədalət Məhkəməsinə müraciət yolu ilə həll etmək səylərinə cavab verməyə çağırıb.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.

 

C.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar