SON XƏBƏRLƏR

Zaxarova: Rusiya Minsk qrupunun buraxılmasını əsaslı hesab edir

2025.09.04, 10:08
Zaxarova: Rusiya Minsk qrupunun buraxılmasını əsaslı hesab edir

Rusiya tərəfi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsi üzrə Minsk qrupunun buraxılması ilə bağlı qərarını haqlı sayır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

Diplomat xatırladıb ki, Rusiya Federasiyası ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbul edilməsində birbaşa iştirak edib. "Biz bu addımı haqlı hesab edirik, regionda vəziyyətin köklü dəyişməsi baxımından əsaslandırılıb", - o qeyd edib.

"Minsk institutlarının məhdudlaşdırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur", - M.Zaxarova xatırladıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar