SON XƏBƏRLƏR

İranda qırmızı ət kəskin bahalaşır

2025.09.04, 10:39
İranda qırmızı ət kəskin bahalaşır

İndiki tendensiya davam edərsə, yaxın iki ay ərzində qırmızı ətin hər kiloqramının qiyməti bir milyon tüməndən (10 dollar) çox olacaq.

Gunaz.tv

Bu haqda Heyvandarlıq Məhsulları İdxalçıları Assosiasiyasının prezidenti Fərhad Aqahi xəbərdarlıq edib.

O, Kənd Təsərrüfatı Nazirliyinin idxaı siyasətini tənqid edib:

"Kənd Təsərrüfatı Cihad Nazirliyinin iddialarının əksinə olaraq, Pakistandan ət idxalı Braziliyadan daha bahadır; Braziliyadan alınan təmiz ətin hər kiloqramı 5,2 avroya, Pakistandan isə 5,4 avroya başa gəlir".

Aqahinin sözlərinə görə, yerli istehsalla bağlı yalan məlumatların verilməsi strateji ət ehtiyatlarının 5 min tondan aşağı düşməsinə səbəb olub.

"Halbuki bu miqdar ən azı 40 min ton olmalıdır. Yanləş siyasətlər ucbatından İran artıq dünyada ən bahalı qırmızı ət istehsalına sahibdir”,- o əlavə edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar