SON XƏBƏRLƏR

Amerika Nyu-Yorkda İran nümayəndə heyətinə məhdudiyyətlər tətbiq edə bilər

2025.09.05, 10:00
Amerika Nyu-Yorkda İran nümayəndə heyətinə məhdudiyyətlər tətbiq edə bilər

Amerika Dövlət Departamenti bu ay BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək İran nümayəndə heyətinə qarşı yeni səyahət və məhdudiyyətləri tətbiq etməyi nəzərdən keçirir.

Gunaz.tv

Bu haqda “Associated Press” məlumat yayıb.

məlumatına görə, Dövlət Departamentinə aid sənədə istinadla bildirilib ki, gözlənilən dəyişikliklər çərçivəsində İran nümayəndə heyətinin Nyu-York şəhərindən kənara çıxmasına və bəzi kommersiya obyektlərinə, xüsusilə də topdansatış mağazalarına daxil olmasına qadağa qoyula bilər.

Sözügedən məhdudiyyətlər arasında “Casco” və “Sams Club” kimi Amerikanın tanınmış topdansatış şəbəkələrindən alış-veriş etmək imkanının ləğvi də yer alır. 

“Associated Press”in məlumatına görə, bu mağazalar uzun illərdir İran diplomatlarının əsas alış-veriş məkanlarından biri olub.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar