SON XƏBƏRLƏR

 Ekspress qəzeti: SEPAH Britaniyada onlayn şəbəkə qurur

2025.09.06, 10:39
 Ekspress qəzeti: SEPAH Britaniyada onlayn şəbəkə qurur

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bağlı bölmələr Böyük Britaniyada yaşayan Yaxın Şərq və Şərqi Avropa mənşəli şəxsləri işə götürmək üçün sosial mediadan istifadə ediblər.

Gunaz.tv

Bu haqda Britaniyanın Ekspress qəzeti yazıb.

Qəzetin yazdığına görə, bu şəxslərin vəzifəsi mühacirətdə yaşayan İran müxaliflərini izləmək, qorxutmaq və təzyiq göstərməkdir:

"İzləmə və təqib işi elə təşkil olunur ki, İran hökuməti məsuliyyəti inkar edə bilsin". 

Böyük Britaniyanın təhlükəsizlik xidməti MI5 bildirib ki, 2022-ci ildən bu yana İrana bağlı qrupların ölkədə həyata keçirməyə hazırlaşdığı 20 təhlükəli planın qarşısı alınıb.

Britaniyanın terrorla mübarizə polisinin sözçüsü isə İranı Britaniya küçələrində zorakılığa dəstək verən ölkə adlandıraraq, bu təhdidin davamlı olduğunu vurğulayıb. 

Sentyabrın 4-də isə Böyük Britaniya hökuməti İranı “mürəkkəb, geniş yayılmış və davamlı təhlükəsizlik təhdidi” kimi xarakterizə edib və İsrailə qarşı düşmənçiliyi İran rejiminin təbiətinin bir hissəsi adlandırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar