SON XƏBƏRLƏR

Aİ rəsmiləri Vaşinqtonda Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər

2025.09.06, 11:00
Aİ rəsmiləri Vaşinqtonda Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər

Avropa İttifaqı (Aİ) rəsmiləri sentyabrın 8-də Vaşinqtonda Rusiyaya qarşı məhdudiyyətlərlə bağlı danışıqlar aparacaqlar.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Nümayəndə heyətinə Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi Devid O'Sallivan başçılıq edəcək. Amerika Maliyyə Nazirliyində keçiriləcək görüşdə Rusiyaya qarşı iqtisadi təzyiq vasitələri, o cümlədən yeni sanksiyalar müzakirə olunacaq.

Daha əvvəl Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Aİ komandasının Rusiyaya qarşı sanksiyaları müzakirə etmək üçün Amerikaya getməyi planlaşdırdığı barədə məlumat vermişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar