SON XƏBƏRLƏR

Zəncan və Təbrizdə 5 məhbus edam edildi

2025.09.06, 13:39
Zəncan və Təbrizdə 5 məhbus edam edildi

Güney Azərbaycanın Təbriz və Zəncan şəhərlərinin həbsxanalarında 5 məhbus edam edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Onların hamısı adam öldürməkdə günahlandırılıb.

Zəncan həbsxanasında edam edilən qadın məhbus Gövhər Tahiri Əqdəm, həyat yoldaşını öldürdüyünə görə cəzalandırılıb.

Bununla yanaşı Yəzd şəhərində 3, Kərəcdə 2, Kirmanşahda 1 və Taybad şəhərinin həbsxanasında da 1 məhbusun edam hökmü həyata keçirilib.

Bununlada cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 889-a çatıb, onlardan 25-i qadındır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar