SON XƏBƏRLƏR

Parlament sədri bahalığa görə Pezeşkianı günahlandırdı

2025.09.08, 13:03
Parlament sədri bahalığa görə Pezeşkianı günahlandırdı

Bahalıq və inflyasiya səbəbindən vətəndaşların süfrəsi daha da kiçilib.

Gunaz.tv

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

"Bu, aztəminatlı təbəqənin ərzaq təhlükəsizliyini təhdid edir və vəziyyəti cilovlamaq üçün təcili tədbirlər görülməlidir",- o əlavə edib.

Qalibaf, Məsud Pezeşkian hökumətinin iqtisadi siyasətini tənqid edərək, əsas malların, xüsusilə də toyuq ətinin qiymətlərinin həddən artıq artdığını bildirib:

"Bu, inflyasiyaya nəzarətin təmin olunmaması və insanların əsas ehtiyaclarının ödənilməsi sahəsindəki siyasətlərin iflasının əlamətidir".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar