SON XƏBƏRLƏR

Hüquq müdafiəçiləri azərbaycanlı məhbusa dəstək verdi

2025.09.11, 09:43
Hüquq müdafiəçiləri azərbaycanlı məhbusa dəstək verdi

İranın 23 müstəqil qadın hüquqlarını müdafiə təşkilatı birgə bəyanat yayaraq, edama məhkum edilən işçi hərəkatı fəalı Şərifə Məhəmmədinin edam hökmünün ləğv edilməsini tələb ediblər.

Gunaz.tv

Bu barədə Şərifə Məhəmmədini Müdafiə Kampaniyası məlumat yayıb.

“Şərifənin ölüm hökmü ayrı-seçkilik və bərabərsizliyə qarşı mübarizə aparan qadınlara qarşı qisas nümunəsidir”,- bəyanatda deyilib.

Onlar beynəlxalq ictimaiyyəti etiraz səsini ucaltmağa və bu ədalətsiz hökmü dərhal ləğv etmək üçün beynəlxalq təzyiqləri artırmağa çağırıblar.

Qeyd edək ki, hazırda Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan və bir uşaq anası olan 45 yaşlı Şərifə Məhəmmədi haqqında bundan əvvəl çıxarılan ölüm hökmünü İran Ali Məhkəməsinin 29-cu bölməsi təsdiq edib.

5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar