SON XƏBƏRLƏR

Trampla Makron Rusiya PUA-larının Polşa sərhədini pozmasını müzakirə edib

2025.09.11, 11:18
Trampla Makron Rusiya PUA-larının Polşa sərhədini pozmasını müzakirə edib

Fransa Prezidenti Emmanuel Makronla Amerika lidei Donald Tramp arasında telefon danışığı baş tutub.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Makron "X" sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, Amerikalı həmkarı ilə Rusiya­-Ukrayna müharibəsinin gedişatını, xüsusilə də Rusiya dronlarının Polşa hava məkanına müdaxiləsindən sonra yaranan vəziyyəti müzakirə edib.

"Həmçinin İsrailin Qətərdəki zərbələrindən sonra Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlıqlarımızı paylaşdıq. Bu sahələrin hər birində avropalılar və amerikalılar arasında sıx əməkdaşlıq olduqca vacibdir", - Fransa Prezidenti qeyd edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar