SON XƏBƏRLƏR

Aylar Həqqinin doğum günüdür

2025.09.11, 11:39
Aylar Həqqinin doğum günüdür

Bu gün 2022-ci il noyabrın 16-da öldürülən gənc həkim,  Aylar Həqqinin doğum günüdür.

Gunaz.tv

O, 1999-cu il sentyabrın 11-də Şərqi Azərbaycan əyalətinin Məlkkəndi (Məlikan) şəhərində anadan olub.

Sonradan ailəsi ilə birlikdə Təbrizə köçən Aylar Həqqi, təhsilini burada davam etdirib və İslam Azad Universitetinin Təbriz Tibb Elmləri Bölməsinə daxil olub.

2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarında iştirak edən Aylar Həqi, həmin il noyabr ayının 16-ı axşam saatlarında hökumət məmurları tərəfindən öldürülüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, o, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb.

Etirazçıları təqib edən bir neçə məmur onun ardınca binaya girib və Aylar Həqqinin başından güllələdikdən sonra onu oradan aşağı atıblar.

Ağır bədən xəsarətləri alan gənc öyrəncihadisə yerindəcə həyatını itirib.

Onun ailəsinin istəyinə baxmayaraq, A.Həqqinin doğma şəhəri Məlikkəndində dəfn olunmasına icazə verilməyib və o 18 noyabrda Təbrizin Vadi Rəhmət qəbristanlığında torpağa tapışırılıb.

Həqqinin 40 mərasimində izdiham yaşanıb, hökumət qüvvələri izdihamı dağıtmaq üçün güc tətbiq edib, onlarla mərasim iştirakçısı həbs edilib.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar