SON XƏBƏRLƏR

KİV: Aİ və Tramp Putinə təzyiq məsələsində razılaşıb

2025.09.12, 12:30
KİV: Aİ və Tramp Putinə təzyiq məsələsində razılaşıb

Avropa İttifaqı və Amerika razılaşıblar ki, Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərilməlidir ki, o, Ukraynaya qarşı müharibəni dayandırsın və danışıqlar masasına əyləşsin.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Politico” rəsmi şəxslərə və diplomatlara istinadən yayıb.

Məlumata görə, Avropa Birləşmiş Ştatların Prezidenti Donald Trampı Putinin müharibəni dayandırmaqda maraqlı olmadığına inandıra bilib. Bu məqsədlə Aİ yüksək səviyyəli texniki heyəti Vaşinqtona göndərilərək Rusiya nefti və qazının tədarükünün dayandırılması və maliyyə sanksiyaları ilə bağlı planları müzakirə edib.

"Tramp nəhayət bizim tərəfimizdədir. İndi əsas məsələ iki yanaşmanı necə uzlaşdırmaqdır", – Avropalı diplomatlardan biri jurnalistlərə bildirib.

Məlumata görə, Amerika və Aİ Putinə təzyiq göstərməyin vacibliyi məsələsində həmfikirdir. Lakin onların strategiyaları fərqlidir: Tramp Kremlə qarşı hərbi büdcəni zəiflətmək üçün ticarət rıçaqlarından istifadə etmək niyyətindədir. Aİ isə Moskva ilə əməkdaşlıq edən müəssisə və maliyyə qurumlarına qarşı sanksiyaların tətbiqində israrlıdır.

Bildirilib ki, Rusiyanın iqtisadiyyatına ciddi zərbə vurmaq üçün vahid cəbhədə hərəkət etmək vacibdir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar