SON XƏBƏRLƏR

İsrailə görə daha bir məhbus edam ediləcək

2025.09.13, 13:39
İsrailə görə daha bir məhbus edam ediləcək

Urmu şəhərinin həbsxanasında saxlanılan məhbus Nasir Bikrzadə ikinci dəfə edama məhkum edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, edam qərarını Urmunun İnqilab Məhkəməsinin ikinci bölməsi verib.

Bundan əvvəl İnqilab Məhkəməsinin üçüncü bölməsi 26 yaşlı məhbus barədə ölüm hökmü çıxarmşdı.

2024-cü ilin yanvar ayında həbs edilən Nasir Bəkirzadə “İsrail üçün casusluq və Mossad kəşfiyyat xidməti ilə əməkdaşlıq”da günahlandırılıb.

Edama məhkum edilən şəxs Urmu həbsxanasında saxlanılsa da qeyri-azərbaycanlıdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar