SON XƏBƏRLƏR

Əhvazda din xadimi edam edildi

2025.09.15, 10:46
Əhvazda din xadimi edam edildi

Xuzistan əyalətinin Əhvaz şəhərinin Sepidar həbsxanasında Seyyid Cavad Mürtəzəvi adlı din xadimi edam edilib.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Milliyyətcə Sənəndəc kürdü olan Mürtəzəvi, Behbahan şəhərində nikahın qeydiyyatı şöbəsinin müdiri olub.

"Onun neçə il siğə etdiyi katibəsi ailə qurduqdan sonra, Seyyid Cavad Mütəzəvi katibəsinin Hüseyn Xələfi adlı həyat yoldaşını iş yerinə çağırıb, onun içəcəyinə dərman qataraq yatızdırıb və sonra bıçaqlayaraq öldürüb",- məlumatda bildirilib.

İran məhkəməsi hələlik məlumatı rəsmi şəkildə təsdiq etməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar