Günaz TV APA-ya istinadən xəbər verir ki, bununla bağlı "Reuters" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Eurostat-ın məlumatına görə, idxal və ixracla bağlı bir sıra məhdudiyyətlər tətbiq edildikdən sonra, 2022-ci ilin birinci rübündən 2025-ci ilin ikinci rübünə qədər Avropa İttifaqının Rusiyaya ixracı 61%, Rusiyadan idxalı isə 89% azalıb.
Buna baxmayaraq, Aİ hələ də Rusiya nefti, nikel, təbii qaz, gübrə, dəmir və poladını almaqda davam edir və onların ümumi ticarət dövriyyəsi 14,5 milyard avro təşkil edib.
2022-ci ilin yanvarından bəri Amerika Rusiyadan ümumilikdə 24,5 milyard dollar dəyərində məhsul idxal edib.
C