SON XƏBƏRLƏR

İran məhkəməsi homoseksual "islam təbliğatçısı"na şallaq cəzası verdi

2025.09.17, 15:59
İran məhkəməsi homoseksual "islam təbliğatçısı"na şallaq cəzası verdi

İran məhkəməsi Gilan əyalətinin İslam Mədəniyyəti və İrşad Departamentinin keçmiş baş direktoru Rza Siqətinin işi üzrə hökm çıxarıb. 

Gunaz.tv

Bununla bağlı "İnsaf News" xəbər agentliyi məlumat yayıb.

Məhkəmənin hökmünə əsasən, onun hərəkəti "sodomiya" təşkil edib və bu əsasda ona və qarşı tərəfə 100 şallaq cəzası verilib; Bundan başqa, onlardan biri iki il, digəri isə bir il sürgün cəzasına məhkum edilib.

Məhkəmə həmin videonu yayaraq məsələni ictimailəşdirən şəxsi isə 10 il azadlıqdan məhrum edib.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında həmcinsi ilə intim videosu yayılan Gilan əyalətinin Mədəniyyət və İslami Təbliğat İdarəsinin rəhbəri, həm də "İffət və Hicab Mərkəzi"nin təsisçisi olub.

O, Gilan əyalətində məcburi hicab qaydalarını pozan qadın və qızlara qarşı qəddarlığı ilə məşhurlaşmışdı.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar