SON XƏBƏRLƏR

KİV: Suriya və İsrail ilin sonuna kimi təhlükəsizlik razılaşması imzalaya bilər

2025.09.18, 15:52
KİV: Suriya və İsrail ilin sonuna kimi təhlükəsizlik razılaşması imzalaya bilər

Suriya ilin sonuna kimi İsraillə təhlükəsizlik və hərbi razılaşmalar əldə edəcək.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə suriyalı anonim rəsmi AFP-yə məlumat verib.

“İsraillə danışıqlarda irəliləyiş var. İlin sonuna qədər hərbi və təhlükəsizlik sahələrində razılaşmaların imzalanacağı gözlənilir. Biz İsrailin Suriyada hərbi əməliyyatlarını dayandırması barədə razılaşma əldə etmək istəyirik”,- suriyalı rəsmi bildirib.

Qeyd edək ki, Suriya Prezidenti Əhməd əl-Şaara dünənki açıqlamalarında İsrail-Suriya danışıqlarının növbəti günlərdə nəticə verə biləcəyini deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar