SON XƏBƏRLƏR

KİV: Ər-Riyad Amerikaya etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır

2025.09.19, 12:08
KİV: Ər-Riyad Amerikaya etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır

Səudiyyə Ərəbistanı artıq Amerikaya təhlükəsizlik sahəsində tam güvənməyə hazır deyil və yeni strateji tərəfdaşlıqlar qurmaq imkanlarını araşdırır.

Gunaz.tv

Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Nəşr bunu Səudiyyə Ərəbistanı və Pakistan arasında strateji qarşılıqlı müdafiə sazişinin imzalanması ilə əlaqələndirərək qeyd edib.

Qəzet yazır ki, yeni razılaşma bölgədə güc balansını dəyişə və Amerikanın uzun müddətli yaxın tərəfdaşının milli təhlükəsizlik məsələlərində Vaşinqtona olan asılılığını azaltmaq istədiyini göstərə bilər.

Qeyd olunur ki, Ər-Riyad və İslamabad arasındakı saziş İsrailin Dohada HAMAS rəhbərliyinə endirdiyi zərbədən bir həftə sonra elan olunub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar