SON XƏBƏRLƏR

Azərbaycanlı müəllim Kərəc həbsxanaya köçürüldü

2025.09.22, 11:49
Azərbaycanlı müəllim Kərəc həbsxanaya köçürüldü

Ötən həftə İsfahanın Şəhriza şəhərində həbs olunan azərbaycanlı müəllim Məsud Fərhihxə Kərəc şəhərinin həbsxanasına köçürülüb.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, o, Albürz əyalətinin Xüsusi Cinayətlər üzrə İnqilab Məhkəməsinin 7-ci şöbəsin təhvil verildikdən sonra həbsxanaya aparılıb.

Ötən ay məhkum edildiyi həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülən Məsud Fərhixtə, sentyabrın 16-da İran Müəllimlər Birlikləri Koordinasiya Şurasının növbədənkənar iclasında iştirak etdiyi zaman həbs edilmib.

Qeyd edək ki, Albürz əyalətinin İslamşəhr şəhərində yaşayan müəllim və ictimai fəal Məsud Fərhihxtə ötən ay 4 il, 1 ay, 17 gün həbs cəzasına məhkum edilib.

O, "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "hökumətə qarşı təbliğat"da günahlandırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar