SON XƏBƏRLƏR

Netanyahu: Gələn il İran oxunu məhv etmək üçün mübarizə ili olacaq

2025.09.23, 13:04
Netanyahu: Gələn il İran oxunu məhv etmək üçün mübarizə ili olacaq

Gələn il İran oxunu məhv etmək üçün mübarizə ili olacaq.

Gunaz.tv

Bunu İsrailin baş naziri, yəhudilərin yeni ili sayılan Roş-Ha-Şana bayramı ərəfəsində İsrail Ordusu Baş Qərargahında çıxışı zamanı deyib.

Benyamin Netanyahu bu bəyanatları Ordunun Baş Qərargah rəisi Eyal Zamir, müdafiə naziri İsrael Katz və bir sıra digər İsrail hərbi komandirləri ilə birlikdə verib.

"Biz müharibə vəziyyətindəyik və düşmənlərimizə qalib gələcəyik. İran oxunu məhv etməliyik. Gələn il bunu edəcəyik. Qarşıdakı il İsrailin təhlükəsizliyi üçün tarixi bir ildir." - deyə Netanyahu bildirib.

O, yəhudilərin Yeni ilinin “təhlükəsizlik, qələbə və birlik” ili olacağına ümid etdiyini bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar