SON XƏBƏRLƏR

İranda koronavirusdan ölənlərin sayı gizlədilib

2025.09.24, 10:36
İranda koronavirusdan ölənlərin sayı gizlədilib

Pandemiya dövründə ölkədə koronavirusa yoluxma səbəbindən 700 min nəfər həyatını itirib.

Gunaz.tv

Bunu İranın yarımrəsmi “Xəbər onlayn” saytı keçmiş prezidenti İbrahim Rəisinin müavini Möhsün Mənsuriyə istinadən yazıb.

Bundan əvvəl İran Səhiyyə Nazirliyi koronavirusdan ölənlərin ümumi sayının 145 min 534 nəfər olduğunu bildirmişdi.

Qeyd edək ki, pandemiya dövründə də bəzi mütəxəssislər İranda ölü sayının rəsmi staistikada elan ediləndən bir neçə dəfə çox olduğunu bildirirdilər.

Bunun əsas səbəblərindən biri İran rəhbəri Əli Xaməneinin Qərbdən koronavirusa qarşı vaksin və dərmanların vaxtında gətirilməsinə icazə verməməsi olub.

Əli Xaməneinin bu qərarına etiraz edən bir neçə tanınmış tibb işçisi və vəkil, o cümlədən azərbaycanlı hüquqşünas Məhəmmədrza Fəqihi həbs edilib.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar