SON XƏBƏRLƏR

Nyu-Yorkda İran hökumətinə qarşı izdihamlı mitinq keçirildi

2025.09.24, 12:19
Nyu-Yorkda İran hökumətinə qarşı izdihamlı mitinq keçirildi

Sentyabrın 23-ü axşam saatlarında xaricdə yaşayan mühacir iranlılar Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasının keçirilməsi ilə eyni vaxtda izdihamlı mitinq keçiriblər.

Gunaz.tv

Minlərlə insanın iştirak etdiyi mitinq, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının binası yaxınlığında baş tutub.

İzdihamlı aksiyada iranlı müxaliflərlə yanaşı, Ağ Evin keçmiş ictimaiyyətlə əlaqələr direktoru Linda Çavez də daxil olmaqla bir neçə ABŞ senatoru və tanınmış siyasətçisi də çıxış edib.
 
Çıxışçılar İran hökumətinin ölkə daxili və xarici siyasətlərini tənqid edib, insan haqlarının pozulmasına diqqət çəkiblər.

Onlar beynəlxalq ictimaiyyəti və dünya dövlətlərini Tehran hökumətinin repressiyalarına qarşı çıxmağa, İranın təhdidlərinə qəti reaksiya verməyə çağırıblar.

Mitinq iştirakçıları "Ölüm olsun zalimə, istər şah olsun istərə də rəhbər" və başqa bu kimi şüarlar səsləndiriblər.

Aksiyanın əsas təşəbbüsçüsü İran Müqavimət Şurası və İran Xalq Mücahidləri Təşkilatı olub.

İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi və tərəfdarlarının aksiyaya qoşulmaması diqqət çəkib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar