SON XƏBƏRLƏR

Fransa Prezidenti: Gələcək saatlar İran üçün həlledici olacaq

2025.09.24, 13:02
Fransa Prezidenti: Gələcək saatlar İran üçün həlledici olacaq

Fransa prezidenti Emmanuel Makron İranın bütün nüvə öhdəliklərini pozduğu qeyd edərək gələcək saatların İran üçün həlledici olacağı barədə xəbərdarlıq edib.

Gunaz.tv

O, bu barədə BMT Baş Assambleyasında çıxışında deyib.

“İran ya hərəkətə keçməli, sülh və sabitlik yoluna qayıtmalı və Beynəlxalq Atom Enerjisi Agentliyinə öz işini görməsinə icazə verməlidir, ya da sanksiyaların qaytarılması ilə üzləşməlidir.” - deyə o bildirib.

Makron onu da əlavə edib ki, regionda sülh yalnız İranın “qismən məhv edilmiş” nüvə proqramı tamamilə nəzarət altına alındıqda mümkündür.

Makron çərşənbə günü İran prezidenti Məsud Pezeşkyanla görüşəcəyini bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar