SON XƏBƏRLƏR

Səreyn şəhərində onlarla türkcə kitabın paylanması

2025.09.25, 11:46
Səreyn  şəhərində onlarla türkcə kitabın paylanması

2025-cü il sentyabr 22-də, çərşənbə günü, yeni tədris ilinin başlanması və məktəblərin açılması ilə bağlı Azərbaycan Milli Hərəkatının fəalları ölkənin təhsil sisteminin təkdilli olmasına etiraz edərək, Ərdəbil vilayətinin Səreyn şəhərində azərbaycanlı uşaqlar arasında yüzlərlə türkcə uşaq kitabı paylamağa başlayıblar.

Gunaz.tv

Paylanan kitablarda əsasən dil təhsili və türk uşaq hekayələri yer alıb və kitabların paylanması zamanı uşaqlara və onların valideynlərinə dil hüquqları, ana dilində təhsilin faydaları haqqında məlumat verilib.

İran İslam Respublikası hökuməti bu coğrafiyada yaşayan xalqların bütün maddi və mənəvi haqlarına məhəl qoymur. türk, ərəb, bəluc, türkmən və başqa millətlər Pəhləvi rejimindən bəri illərdir ki, İran mərkəzi hökumətinin mərkəzçi və şovinist siyasəti ilə mübarizə aparır.

İranda yaşayan türklər öz ana dilində təhsil almaq, öz ana dilində milli qəzet və televiziyaya sahib olmaq kimi bir çox əsas hüquqlarından məhrumdurlar. Buna görə də Vətəndaş fəalları tərəfindən uşaqların təhsili ilə bağlı günlərdə türkcə kitabların paylanması ana dilinin qorunub saxlanmasında və yaşadılmasında kiçik də olsa təsirli ola biləcək üsullardan biridir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar