Urmu gölünün son kritik vəziyyətini müşahidə etmək və öyrənmək üçün bölgəyə gedən Kərim İsmayılzadə, Siamək Kuşi və Yunus Zareyun adlı üç azərbaycanlı vətəndaş fəal 25 sentabr 2025-ci il tarixində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb.