SON XƏBƏRLƏR

İran kəşfiyyatının yalanı ifşa oldu

2025.09.26, 14:33
İran kəşfiyyatının yalanı ifşa oldu

Kəşfiyyat Nazirliyinin “İsraildən əldə edilən eksklüziv görüntülər və məlumatlar” adlı sənədli filmində internetdə mövcud olan arxiv şəkillərinin istifadə olunub.

Gunaz.tv

Bunu SEPAH-a bağlı Fars xəbər agentliyi yazıb.

“Bu səliqəsizlik düşmən media orqanlarına sənədli filmidə əks olunan bütün məlumatların uydurma adlandırmaq üçün bəhanə verib”,- agentlik əlavə edib.

Qeyd edək ki, bundan əvvəl İran təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətib, İsrailə aid milyonlarla səhifəlik məxfi sənədləri ələ keçirdiklərini iddia edib.

1 gün sonra isə onun "məxfi" adlandırdığı və İran televizyasında nümayiş etdirilən sənədlərin bir çox internet saytları və "Google"də yayılan açıq məlumat və sənədlər olduğu üzə çıxıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar