SON XƏBƏRLƏR

Kreml NATO-nun Rusiya təyyarələrini vuracağı ilə bağlı bəyanatlarını məsuliyyətsizlik adlandırıb

2025.09.26, 15:02
Kreml NATO-nun Rusiya təyyarələrini vuracağı ilə bağlı bəyanatlarını məsuliyyətsizlik adlandırıb

NATO ölkələrinin Rusiya təyyarələrini vurmağa hazır olması ilə bağlı bəyanatlar məsuliyyətsizlikdir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, diplomatların NATO ölkələrinin Rusiya təyyarələrini vuracağı ilə bağlı açıqlamalarını son dərəcə məsuliyyətsizlik adlandırıb.

Kremlin sözçüsü qeyd edib ki, Rusiya təyyarəsinin başqasının hava məkanını pozması və başqasının səmasına müdaxilə etməsi ilə bağlı ittihamları əsassızdır. “Heç bir inandırıcı sübut təqdim edilməyib. Biz israr edirik ki, bütün uçuşlarımız ciddi şəkildə beynəlxalq qaydalara uyğun həyata keçirilir”, - deyə Peskov əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar