SON XƏBƏRLƏR

BMT TŞ İranla bağlı qətnaməni qəbul etmədi

2025.09.27, 00:02
BMT TŞ İranla bağlı qətnaməni qəbul etmədi

BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiya və Çin tərəfindən təklif olunan və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) dəstəkləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətini altı ay uzatmaqdan imtina edib.

Gunaz.tv

Rusiya, Çin, Pakistan və Əlcəzair sənədin lehinə səs verib. Fransa, ABŞ və Böyük Britaniya da daxil olmaqla, 9 ölkə bunun əleyhinə səs verib, Koreya Respublikası və Qayana isə bitərəf qalıb.

Səsvermədən əvvəl Fransa nümayəndəsi BMT Təhlükəsizlik Şurasına deyib ki, avropalılar "konkret jestlər gözləyirdilər. İran isə belə jestlər etməyib, və ortaya heç nə qoymayıb".

"Biz dərhal razılığa gəlməyə çalışdıq. İran hər şeyi sonrakı danışıqlara qədər təxirə salmağa üstünlük verdi", - səfir bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini qəbul etməsi üçün onu Təhlükəsizlik Şurasının doqquz üzvü dəstəkləməlidir və daimi beş üzvdən heç biri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) onun əleyhinə səs verməməlidir.

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar