SON XƏBƏRLƏR

Aİ İrana qarşı geniş sanksiyaları bərpa edir

2025.09.29, 12:49
Aİ İrana qarşı geniş sanksiyaları bərpa edir

Avropa Şurası Fransa, Almaniya və Böyük Britaniyanın tətbiq etdiyi BMT sanksiyalarından sonra İrana qarşı geniş spektrli məhdudlaşdırıcı tədbirləri bərpa edir.

Gunaz.tv

Qərar Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməyə əsasən sanksiyaların ləğvini uzatmaqdan imtina etməsindən sonra verilib.

"Bu gün Şura İranın nüvə silahının yayılması ilə bağlı fəaliyyətləri ilə bağlı bir sıra məhdudlaşdırıcı tədbirləri bərpa etməyə razılaşıb." - deyə bəyanatda bildirilib.

Bərpa edilən sanksiyalara həm BMT tərəfindən 2006-cı ildə qəbul edilmiş, həm də Avropa İttifaqının özünün qəbul etdiyi məhtudiyyətlər daxildir.

"Sanksiyalar İrana silah ixracı ilə yanaşı İranın uran zənginləşdirmə,təkrar emal fəaliyyətlərinə və ballistik raket proqramlarına töhfə verə biləcək hər hansı materialın ixracını qadağan edir." - Şura bildirib.

Şura əlavə edib ki, maliyyə cəzalarına “İran Mərkəzi Bankının və İranın əsas kommersiya banklarının aktivlərinin dondurulması” daxildir.

Qeyd edək ki, İrana olan nəqliyyat məhdudiyyətləri də bərpa edilib. "Aİ İran yük uçuşlarının Aİ hava limanlarına girişinin qarşısını almaq və İranın yük təyyarələrinə və ya qadağan olunmuş material və ya malları daşıyan gəmilərə texniki qulluq və xidmət göstərilməsini qadağan etmək üçün tədbirləri bərpa edir.” - deyə bəyanatda qeyd edilib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar