SON XƏBƏRLƏR

Kanada BMT-nin İrana qarşı sanksiyalarını bərpa edib

2025.10.02, 13:02
Kanada BMT-nin İrana qarşı sanksiyalarını bərpa edib

Kanada hökuməti üç Avropa ölkəsinin tətik mexanizmini işə salmasından sonra BMT-nin İrana qarşı sanksiyalarını bərpa etdiyini açıqlayıb.

Gunaz.tv

Bu barədə Kanadanın xarici işlər naziri Anita Anand çərşənbə günü, oktyabrın 1-də verdiyi bəyanatda bildirib.

“Beynəlxalq ictimaiyyətin dəfələrlə tələblərinə baxmayaraq, İran rejimi nüvə proqramını dinc məqsədlərlə məhdudlaşdırmaqdan və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq etməkdən imtina etməkdə davam edir və bu, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdiddir.” - bəyanatda qeyd olunub.

Ottavanın yenidən tətbiq etdiyi sanksiyalara nüvə, raket və ikili təyinatlı avadanlıqların ixracı və idxalına geniş qadağalar, bu ərazilərdə texniki və maliyyə yardımının göstərilməsinə qadağa, tam silah embarqosu və İran gəmilərinə xidmət göstərilməsinə qadağa daxildir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar