SON XƏBƏRLƏR

Rezai: İranın 90% zənginləşdirilmiş plutoniuma ehtiyacı var

2025.10.02, 14:10
Rezai: İranın 90% zənginləşdirilmiş plutoniuma ehtiyacı var

"İranın 90% zənginləşdirilmiş plutoniuma ehtiyacı var."

Gunaz.tv

Bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezai deyib.

"Yeraltı yanacaq üçün bizə 60%-ə qədər zənginləşdirilmiş uran lazımdır." - deyə o bildirib.

"Bizim plutoniumun 90%-ə qədər zənginləşdirilməsinə də ehtiyacımız var, lakin biz bunu hərbi məqsədlər və ya silah istehsalı üçün istəmirik." - o iddia edib.

Qeyd edək ki, dinc məqsədlər üçün uranın 3-5% zənginləşdirilməsi kifayətdir. Zənginləşdirmənin 60% həddinə qədər qaldırılmasının nüvə silahı əldə etməkdən başqa bir məqasədinin olması şübhəlidir.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar