SON XƏBƏRLƏR

Paytaxt mütləq köçürülməlidir - Pezeşkian

2025.10.03, 09:53
Paytaxt mütləq köçürülməlidir - Pezeşkian

Paytaxtın Tehrandan köçürülməsi seçim deyil, məcburiyyətdir.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Biz bu tendensiya ilə Tehranda qala bilmərik. Tehranın bəzi yerlərində torpaq çökməsi 30 santimetrə çatıb",- o əlavə edib. 

Pezeşkian quraqlıq böhranı və paytaxta su nəqlinin baha başa gəldiyini bildirib:

"İslam Respublikasının rəhbəri paytaxtın İranın cənubuna və Fars körfəzi sahillərinə köçürülməsi prosesini öyrənmək üçün xarici məsləhətçi cəlb etməyə razılıq verib, ancaq hökumət rəsmiləri bu məsələdə hələlik heç bir addım atmayıblar".

Qeyd edək ki, ötən il də paytaxtın köçürülməsi ilə bağlı məsələ qaldırılıb, ancaq bəzi rəsmilər bunun mümkünsüzlüyünü iddia ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar