SON XƏBƏRLƏR

Bəluc ana: Vətəndaşlıq qeydiyyatı idarəsi övladıma “Əlihan” əvəzinə başqa ad seçməyə məcbur edir

2025.10.03, 11:47
Bəluc ana: Vətəndaşlıq qeydiyyatı idarəsi övladıma “Əlihan” əvəzinə başqa ad seçməyə məcbur edir

Kirman əyalətinin Qəlegənc şəhərindən olan Bəluc əsilli ana Vətəndaşlıq qeydiyyatı idarəsinin övladına Əlihan adının verilməsinə qarşı çıxdığını deyir.

Gunaz.tv

Bu barədə uşağın anası Cəmilə Camgövhəri Balamın Adı kampaniyasına danışıb.

"Oğlum 29 avqust 2025-ci ildə anadan olub və biz ona Əlihan adını seçmişik. Amma yoldaşım doğum şəhadətnaməsini almağa gedəndə Qəlegəncdəki vətəndaşlıq qeydiyyatı məmurları dedilər ki, bu türk adıdır və biz bu adı seçə bilməyəcəyik, bundan sonra onlar doğum şəhadətnaməsinə zorla Behnia adını yazdılar. Uşağın cinsiyyəti bəlli olandan bəri biz onun üçün Əlihan adını seçmişdik. Qeydiyyat idarəsi övladımıza istədiyimiz adı qoymaq hüququnu əlimizdən almaqla bizi böyük kədərə düçar etdi." - deyə uşağın anası bildirib.

Qeyd edək ki, "Əlihan" 2021-ci ildə Şərqi Azərbaycan əyalətində oğlan uşaqları üçün ən çox qoyulan beş ad arasında olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar