SON XƏBƏRLƏR

Ersin Tatar oktyabrın 6-da Azərbaycana səfər edəcək

2025.10.03, 12:53
Ersin Tatar oktyabrın 6-da Azərbaycana səfər edəcək

Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Şimali Kiprin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib.

O bildirib ki, ŞKTC Prezidenti oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.

Ersin Tatar səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyəti TDT-nin müşahidəçi üzvüdür.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar