SON XƏBƏRLƏR

BMT-nin xüsusi məruzəçisi: Urmu gölünün kritik vəziyyəti İranda ekoloji ədalətsizliyin bariz simvoludur

2025.10.03, 13:53
BMT-nin xüsusi məruzəçisi: Urmu  gölünün kritik vəziyyəti İranda ekoloji ədalətsizliyin bariz simvoludur

BMT-nin İran üzrə xüsusi məruzəçisi Azərbaycanda insan haqlarını müdafiə edən konfransda Urmu gölünün kritik vəziyyətini ədalətsizliyin simvolu və İranda azərbaycanlılara qarşı açıq ayrıseçkiliyin nümunəsi adlandırıb.

Gunaz.tv

BMT-nin İrandakı İnsan Haqları üzrə Xüsusi Məruzəçisi xanım May Sato Azərbaycan İnsan Haqları Cəmiyyətinin  ev sahibliyi etdiyi konfransda Urmu gölünün qurumasının sosial və insani nəticələrinə toxunaraq gölün hazırkı vəziyyətini İrandakı ekoloji ədalətsizliyin bariz nümunəsi kimi qiymətləndirib.

“Urmu gölünün kritik vəziyyəti səmərəsiz idarəçiliyin və ətraf mühitin idarə olunmasında şəffaflığın olmamasının nəticəsidir. Azərbaycan cəmiyyəti hazırda Urmu gölünün qurumasının geniş təsirləri ilə üz-üzədir və bu prosesin davam etdirilməsi düzəlməz zərərlərə səbəb ola bilər” - May Sato bildirib.

Son illərdə məşhur qruplar, ətraf mühit fəalları, Azərbaycan milli hərəkatının fəalları müxtəlif yollarla Urmu gölünün quruması fəlakətinin fəsadları barədə maarifləndirməyə çalışıb və hakimiyyət orqanlarına xəbərdarlıq etməklə yanaşı, Urmu gölünün bərpasına çağırıblar. 2011-ci ildən bəri Azərbaycan xalqının dinc toplantıları və Urmu gölünün bərpası üçün hökumətə təzyiq göstərmək məqsədilə keçirilən küçə etirazları təhlükəsizlik qüvvələri və İran hökuməti tərəfindən dəfələrlə həbslər, döyülmələr, işgəncələr və geniş repressiyalarla qarşılanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar