SON XƏBƏRLƏR

Ukrayna hərbçiləri Danimarkada dronlarla mübarizə təcrübələrini bölüşüblər

2025.10.04, 12:05
Ukrayna hərbçiləri Danimarkada dronlarla mübarizə təcrübələrini bölüşüblər

Ukrayna hərbiçiləri döyüş təcrübəsinin mübadiləsi zamanı Danimarkanın hava məkanında bir neçə dronu uğurla zərərsizləşdiriblər.

Gunaz.tv

Güna TV APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Telegram” kanalında məlumat verilib.

"Zərbə tipli dronlara qarşı mübarizə üzrə mütəxəssislərimiz “Sting” adlı dronu havaya qaldıraraq Danimarkaya məxsus “Banshee” dronunu dəqiq şəkildə məhv edib", – deyə Baş Qərargahdan bildirilib.

Məlumata görə, dronun vurulması nümayişinə Avropanın müxtəlif ölkələrindən olan nümayəndələr dəvət olunub. Onlar hava təhlükələrinə qarşı Ukrayna həllərinin effektivliyini birbaşa izləmək imkanı əldə ediblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar