SON XƏBƏRLƏR

Təbrizin Əmənd bəndi qurudu

2025.10.06, 12:35
Təbrizin Əmənd bəndi qurudu

Təbriz-Sufiyan marşrutu üzərində yerləşən Əmənd kəndinin mühüm bəndlərindən biri olan Əmənd bəndi tamamilə quruyub.

Gunaz.tv

Əvvəlki illərdə turizm məkanı və su oyunları məkanı kimi tanınan bu bənd indi cansız çölə çevrilib.

Son görüntülər bənd yatağının çatladığını və əvvəllər olan xoş atmosferdən və sərin havadan artıq heç bir iz qalmadığını göstərir.

Mütəxəssislər Əmənd bəndinin qurumasına səbəb olan əsas amilləri yeraltı su ehtiyatlarının həddindən artıq istismarını və yağıntıların azalması hesab edirlər.

Bu hadisə Azərbaycanın su ehtiyatları və ekologiyası üçün ciddi həyəcan təbili kimi qiymətləndirilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar