SON XƏBƏRLƏR

İran işğala son qoymalıdır - Körfəz Əməkdaşlıq Şurası və AB bəyanat yaydı

2025.10.08, 11:16
İran işğala son qoymalıdır - Körfəz Əməkdaşlıq Şurası və AB bəyanat yaydı

Körfəz Əməkdaşlıq Şurası və Avropa Birliyinin xarici işlər nazirləri İrandan Birləşmiş Ərəb Əmirliklərinə aid olan üç adanın işğalına son verməsini tələb ediblər.

Gunaz.tv

Bu haqda nazirlərin birgə bəyanatında bildirilib.

“Körfəz Əməkdaşlıq Şurasının Nazirlər Şurası və Avropa Birliyinin xarici işlər nazirləri İranın Birləşmiş Ərəb Əmirliklərinə aid üç adanı, Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalını davam etdirməsini pisləyir və buna son verməsini tələb edir",- birgə bəyanatda qeyd olunub.

Küveytdə keçirilən toplantıda Avropa Birliyinin xarici və təhlükəsizlik siyasəti üzrə məsul nümayəndəsi Kaya Kalas çıxış edib.

O və başqa rəsmilər həmçinin İranı PUA və nüvə proqramının genişləndirilməsi səylərini dayandırmağa çağırıblar.

Bəyanatın yayılmasından sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi, Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarını İranın ayrılmaz hissəsi adlandırıb və bununla bağlı iddiaların təkrarlanmasını pisləyib.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar