SON XƏBƏRLƏR

Təbrizdə foto sərgi ləğv edilib

2025.10.08, 11:39
Təbrizdə foto sərgi ləğv edilib

Təbrizli fotoqraf Əmir Hüseyn Hatef Təbriz Mədəniyyət Mərkəzinin rəsmilərinin əsərlərinin sərgilənməsinə son anda mane olmasına etiraz olaraq, öz fotoşəkillərini mədəniyyət müəssisəsinin qarşısındakı səkidə nümayiş etdirib.

Gunaz.tv

Əmir Hüseyn Hatef bəyin sərgisi oktyabrın 5-dən 8-dək Mir Əli Təbriz qalereyasında keçirilməli idi, lakin Mədəniyyət Mərkəzi rəsmilərinin etirazı ilə son anda ləğv edildi.

Mədəniyyət qurumu sərginin niyə ləğv edilməsi ilə bağlı heç bir açıqlama verməyib, lakin bu cür mədəni tədbirlərin ləğv edilməsinin tarixini nəzərə alsaq, çox güman ki, bu məsələdə təhlükəsizlik orqanlarının rolu olub.

Qeyd edək ki, Əmirhüseyn Hatefin əsərlərindən biri 2025-ci ilin sentyabrında “Həlledici məqam” mövzusunda keçirilən "35 AWARDS" beynəlxalq müsabiqəsində dünya əsərlərinin ən yaxşıları arasında yer alıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar