SON XƏBƏRLƏR

Rəisini Amerika öldürüb - Millət vəkili

2025.10.08, 12:49
Rəisini Amerika  öldürüb - Millət vəkili

Amerika Şəhid İbrahim Rəisinin vertolyotunu bizim nəzarətimizdən çıxararaq qəzaya uğramasına səbəb oldu.

Gunaz.tv

Bunu İran parlamentinin üzvü Kamran Qəzənfəri deyib.

"Amerikalılar öz istehsalı olan vertolyotu və onun avadanlıqlarının nəzarətini ələ alaraq dağa çırpılmasına şərayit yaratdılar",- o iddia edib.

Qəzənfəri bundan əvvəl də helikopter qəzasına görə İsrail və Azərbaycan Respublikasını ittiham etmişdi.

Qeyd edək ki, İranın keçmiş Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

İran hökuməti rəsmi açıqlamasında qəzanın əlverişsiz hava şəraiti ilə əlaqədar baş verdiyi bildirlib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar