SON XƏBƏRLƏR

BMT sülhməramlıların sayını azaltmaq niyyətindədir

2025.10.09, 11:36
BMT sülhməramlıların sayını azaltmaq niyyətindədir

BMT maliyyə problemləri səbəbilə sülhməramlıların təxminən 25%-ni ixtisar etmək niyyətindədir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi açıqlama verib.

Onun sözlərinə görə, bütün dünyada sülhməramlı qüvvələrin tərkibində iştirak edən şəxsi heyətin sayı 25% azalacaq.

Bu isə o deməkdir ki, BMT təxminən 13-14 min sülhməramlı personalı ixtisar edəcək.

Rəsmi həmçinin qeyd edib ki, ödənişlərin gecikdirilməsi və bəzi ölkələr tərəfindən ödəniş edilməməsi sülhməramlı missiyaların öz fəaliyyətlərini həyata keçirmək imkanlarına birbaşa zərbə vurur.

BMT bir neçə ölkənin ödənişləri ödəməməsi səbəbilə büdcə kəsiri ilə üzləşir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar