SON XƏBƏRLƏR

Sisi: Qəzzada iki illik müharibədən sonra atəşkəs razılaşması əldə olunub

2025.10.09, 13:55
Sisi: Qəzzada iki illik müharibədən sonra atəşkəs razılaşması əldə olunub

Qəzzada iki illik müharibədən sonra atəşkəs və müharibənin dayandırılması üçün razılıq əldə olunub.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi X-də yazıb.

Sisi Amerika prezidenti Donald Trampın planına uyğun olaraq, atəşkəsin həyata keçirilməsi və Qəzzada 2 illik iztirabdan sonra müharibənin dayandırılması üçün əldə edilən razılaşmanın əldə edildiyini bildirib.

“Dünya sülh iradəsinin müharibə məntiqi üzərində qələbəsini təcəssüm etdirən tarixi bir məqamın şahidi olur”, - o qeyd edib.

Qeyd edək ki, ötən gecə HAMAS ilə İsrail arasında atəşkəs əldə olunub.

Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar