SON XƏBƏRLƏR

Netanyahu: HƏMAS razılaşmanı yerinə yetirməsə, müharibə yenidən başlaya bilər

2025.10.10, 15:40
Netanyahu: HƏMAS razılaşmanı yerinə yetirməsə, müharibə yenidən başlaya bilər

HƏMAS hərəkatı saziş çərçivəsində öhdəliklərini yerinə yetirməsə, İsrail "çətin yolla" gedəcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"HƏMAS tərksilah ediləcək, Qəzza zolağı isə silahsızlaşdırılacaq. Əgər bu, asan yolla əldə edilərsə, çox gözəl. Əgər bu mümkün olmasa, çətin yolla əldə ediləcək", - Baş nazir döyüş əməliyyatlarının bərpasına işarə edib.

Netanyahu həmçinin vurğulayıb ki, HƏMAS-la razılaşmalara Amerika Prezidenti Donald Trampın güclü diplomatik təzyiqi sayəsində nail olunub.

O, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında qalacağını və "bütün əsas mövqeləri" saxlayacağını vurğulayıb.

Qeyd edək ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəslə bağlı razılaşma əldə edib. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar