SON XƏBƏRLƏR

Təbrizin bəzi ərazilərində su 30 saatlıq kəsilib

2025.10.11, 11:05
Təbrizin bəzi ərazilərində su 30 saatlıq kəsilib

Təbrizin bəzi ərazilərində su 30 saatlıq kəsilib.

Gunaz.tv

Təbriz Su-Kanal İdarəsinin rəisi Turəj Fərcad kəsintinin səbəbinin podratçının səhvi ilə əlaqəli olduğunu bildirib.

"Bu su kəsilməsi Təbrizin Mərzdaran, Bağmeşə və Nəsr kimi şimal-şərq hissəsinin su təchizatına cavabdeh olan su xəttinin əsas kanallarından birində baş verən iş xətası ilə əlaqədardır." - deyə o bildirib.

Onun sözlərinə görə, problemin gec aradan qaldırılmasının əsas səbəbi su xəttinin gərgin rejimdə işləməsi olub.

İSNA-nın məlumatına görə, oktyabrın 9-u  günortadan etibarən Təbrizdə yuxarıda qeyd olunan ərazilərində su kəsilib və bu xəbərin yayıldığı vaxta qədər 30 saatdan çox davam edən kəsintiyə baxmayaraq, yüksək yerlərdəki yaşayış evlərinə su hələ də çatmayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar