SON XƏBƏRLƏR

Qaani öldürülüb?

2025.10.11, 13:53
Qaani öldürülüb?

İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmail Qaani Tehranda öldürülüb.

Gunaz.tv

Bu iddianı "Terror alarm" kanalı yayıb.

İddiaya görə, İsrail Tehranda keçirdiyi uğurlu əməliyyat nəticəsində Qaanini öldürüb.

İddianın yayılmasından sonra İran mediası xəbərin həqiqətə uyğun olmadığını yazıb.

"Tabnak" saytı Qaaninin öldürülməsi barədə xəbəri "Mossadın xeyrinə psixoloji müharibənin tərkib hissəsi" adlandırıb.

Qeyd edək ki, İsmayıl Qaaninin öldürülməsi barədə bir neçə dəfə məlumat yayılıb.

O, bir müddət əvvəl məsələ ilə bağlı verdiyi açıqlamada bunu terror edilməsinə planının tərkib hissəsi adlandırıb:

"Bu xəbərlərin yayılmasından məqsəd dostların nigəran olub mənə zəng etmələrinə nail olmaq, bununlada yerimi müəyyən edərək məni terror etmək istəyirlər".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar