SON XƏBƏRLƏR

İranda ermənilərə böyük qayğı var

2025.10.16, 15:23
İranda ermənilərə böyük qayğı var

İranın xristian icması böyük hörmətə malikdir və yüzlərlə erməni xristian 1980-ci illərdə Səddam Hüseynlə müharibə zamanı İranı müdafiə edərkən həyatını qurban verib.

Gunaz.tv

Bunu İranın "Sepah Pasdaran" Telegram kanalı yazıb.
 
“Bu şəhidlərin çoxuna xristian dini ayinləri ilə, bayraqla örtülmüş tabutlarda və üzərində xaç simvolu olan rəsmi hərbi dəfn mərasimləri təşkil olunub",- SEPAH kanalı əlavə edib.

Yazının davamında ermənilərin İranın siyasi, ictimai, mədəni və iqtisadi həyatında da əhəmiyyətli rol oynadıqları və onların dini etik kimi sərbəst yaşadıqları bildirilib:

İranda yüzlərlə kilsə fəaliyyət göstərir, xristianlar dini etiqadlarını sərbəst şəkildə yerinə yetirirlər, parlamentdə onlara ayrılmış üç yer var və bəzi qanunlardan azaddırlar”.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar