SON XƏBƏRLƏR

İran sağ qalmaq üçün mübarizə aparır- Tramp

2025.10.16, 16:06
İran sağ qalmaq üçün mübarizə aparır- Tramp

İran İslam Respublikası kövrək vəziyyətdədir və sağ qalmaq üçün mübarizə aparır.

Gunaz.tv

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

O, Ağ Evdə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru ilə görüşdə HƏMAS-ın İran dəstəyindən də məhrum olduğunu bildirib:

"Bu gün HƏMAS-ın heç bir dəstəyi yoxdur. İran əvvəllər HƏMAS-ı dəstəkləyirdi, indi isə deyir ki, "bizi bu işə qatmayın".

ABŞ prezidenti HƏMAS-ı tərksilah etmək üçün ABŞ ordusunun yerdə olmasına ehtiyac olmadığını vurğulayaraq, ABŞ və İsrailin İranın nüvə potensialını məhv etmək üçün hərbi əməliyyatının Qəzza sülh razılaşmasına zəmin hazırladığını bildirib: 

"İranın nüvə potensialını məhv etməsəydik, bu müqavilə heç vaxt formalaşmazdı. Ərəb ölkələri o zaman İrandan qorxurdular, ancaq indi bizim və İsrailin etdiklərinə görə İran artıq gücə malik deyil".

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar