SON XƏBƏRLƏR

Amerika Prezidenti: Ukrayna münaqişəsinin üçüncü dünya müharibəsinə çevrilməsinin qarşısı alınıb

2025.10.17, 11:34
Amerika Prezidenti: Ukrayna münaqişəsinin üçüncü dünya müharibəsinə çevrilməsinin qarşısı alınıb

Amerika Prezidenti Donald Tramp hesab edir ki, Ukraynadakı münaqişənin üçüncü dünya müharibəsinə çevrilməsi təhlükəsinin qarşısını almaq mümkün olub.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Düşünürəm ki, bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi. Bu, artıq baş verməyəcək, amma baş verə bilərdi”, – deyə Tramp qeyd edib.

Prezidentin sözlərinə görə, onun səyləri təkcə Amerikanın deyil, həm də Avropanın təhlükəsizliyinə yönəlib.

“Mən bunu yalnız bizim üçün etmirəm, bizim aramızda okean var. Mən bunu həm də Avropaya kömək etmək üçün edirəm. Onlar istəyirlər ki, bu müharibə bitsin, amma bunu təkbaşına edə bilmirlər”, – Tramp əlavə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar